Azərbaycan idmançıları 4-cü QIZIL MEDALı qazandı

19 yaşlı qadın karateçimiz təcrübəli rəqibini darmadağın etdi


Növbəti qızıl medalı komandamızın aktivinə İrina Zaretska yazdırdı.
Karateçimiz Avstriya idmançısı Teresa Alisa Bukingerlə üzərində qələbə qazanaraq birinci yerin sahibi olub. Hesab 8-1 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.
Qeyd edək ki, 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.
İrina yarımfinal qarşılaşmasında Monteneqro idmançısı Marina Morkoviçlə üz-üzə gəlib. Hesab 1-0 hesabı ilə həmvətənlimizin xeyrinə olub
 
Vüqar Şahinoğlu