Azərbaycan kinoindustriyasının inkişafına dəstək
14:45 18.02.2020
Arxiv
292
Azercell Telekom Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir
“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır. Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan Azercell, festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib Azercell-dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq.
Qeyd edək ki, Buktreyler Festivalı artıq 4 ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir. “Kitabı tanıdın, kitabla tanının” sloqanı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir. Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər. Xatırladaq ki, Beşinci Buktreyler Festivalının 1-ci yer qalibi 1000 AZN, 2-ci yer qalibləri 800 AZN və 3-cü yer qalibləri 500 AZN pul mükafatı ilə təltif olunacaqlar. Xatırladaq ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür: Instagram: https://www.instagram.com/BooktrailerFest Facebook: https://www.facebook.com/BooktrailerFest Youtube: https://www.youtube.com/BooktrailerFest
Əlavə suallarla bağlı festival2020@booktrailer.az email ünvanına müraciət etməyinizi xahiş edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm