Azərbaycan metanol istehsalını artıracaq
16:53 11.05.2019
Arxiv
928
2019-cu ilin ilk rübündə "SOCAR Metanol” zavodunda 62 min tondan çox metanol istehsal olunub. Bu barədə Trend-ə "SOCAR” Dövlət Şirkətindən bildiriblər.
Şirkətdən builki istehsal planı da açıqlanıb: "Bu il ümumilikdə 350 min ton metanol istehsalı planlaşdırılır”.
O da qeyd edilib ki, ötən il zavodda 230 min ton metanol istehsalı olub.
Xatırladaq ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə zavod olan "SOCAR Metanol” məhsul satışına 2014-cü ilin yanvarından başlayıb.
Qeyd edək ki, ötən əvvəlində "SOCAR Metanol” yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlamışdı.
Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya, həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.
Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media