"Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
14:30 20.09.2018
Arxiv
561
Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakıda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.
"Report"un xəbərinə görə, N.Məmmədov Məhəmməd Sadiq Səncarini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Pakistan münasibətlərindən danışan Novruz Məmmədov ölkələr və xalqlar arasındakı əlaqələrin böyük tarixi köklərə malik olduğunu vurğulayaraq deyib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir:
"Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
Baş nazir Azərbaycan-Pakistan münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edib.
Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Novruz Məmmədovu Baş nazir təyin edilməsi və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik edib. O, Pakistanın Baş naziri İmran Xanın salamlarını Novruz Məmmədova çatdırıb. Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Senatın sədri yüksək səviyyəli səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib. Məhəmməd Sadiq Səncari Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində Pakistan Prezidentinin, Baş nazirinin, Senat sədrinin ölkəmizə bir neçə dəfə səfər etdiklərini xatırladıb, həmin səfərlər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.
Görüşdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət