"Azərbaycan prezidentinin İrana səfəri tarixi səfər idi" - Möhsün Pak Ayin
13:22 25.02.2016
Arxiv
829
"Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri tarixi səfər idi. Ən yüksək səviyyədə 11 sənəd imzalandı. Araz çayı üzərində Xudafərin, Qız qalası bəndlərinin tikintisinə aid olan dövlətlərarası sazişin imzalanması da böyük hadisədir".
APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, imzalanan 11 sənədin ikisi neft-qaz sahəsində əməkdaşlıqla bağlıdır: "SOCAR və İranın "Qədr" şirkəti arasında neft-qaz sahələrinə investisiya ayrılması ilə bağlı anlaşma Memorandumu imzalandı. Bг sənədə əsasən, tərəflər neft-qaz sahəsində birgə yatırımlara dair razılığa gəlib. İkinci sənəd isə İran Milli Neft Şirkəti ilə SOCAR arasında imzalandı. Sənəddə Xəzər dənizində neft-qaz sahələrinin araşdırılması nəzərdə tutulur.
Dəmiryolu şirkətləri arasında da sənədlər imalandı. Bunlar Astara-Astara dəmiryolu xəttinin çəkilməsi və Astaraçay üzərində körpünün tikintisini ilə bağlıdır.
Bundan başqa, imzalanmış gömrük, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə sahəsində əməkaşlığa dair sənədlərin də mühüm əhəmiyyəti var. Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəddə İranın Sumqayıtda dərman istehsalına başlaması niyyəti də var. İki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirilkləri, ailə və qadın məsələlərində təcrübə mübadiləsini nəzərdə tutan sənədləri də qeyd etmək istərdim. Digər vacib sənəd isə fövqəladə hallarının aradan qadırılması sahəsində əməkdaşlıq sazişidir. Burada söhbət xüsusən Xəzər dənizində baş verən fövqəladə halların aradan qaldırılmasından gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual