Azərbaycan rəsmi şəkildə Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz etdi
12:00 27.12.2013
Arxiv
752
Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca, bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir: "Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də Ermənistanın Gömrük İttifaqına və yaxud digər bu tipli qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər".
Əks təqdirdə, şöbə müdirinin fikrinə görə, Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yurisdiksiyalarla ziddiyyət təşkil edir: "Bu dövlət ya rəsmi şəkildə işğal olunmuş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya