Azərbaycan-Tacikistan sənədləri imzalanıb - YENİLƏNİB
11:16 10.08.2018
Arxiv
628
Bu gün geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dövlət başçılarının Birgə Bəyanatını imzalayıblar.
"Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda imzalayıblar.
"Azərbaycan Sənaye Korporasiyası” ilə "Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə və "Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzalayıblar.
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Tacikistan Hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Maxmadsaid Şoxiyon imzalayıblar.
"SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzalayıblar.
"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Tacikistan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, Sərhəd Qoşunlarının komandanı Rəcəbəli Rəhmonəli imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Tacikistanın Qida Təhlükəsizliyi üzrə Komitəsinin sədri Farxod Kamolzoda imzalayıblar.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”u Azərbaycanın təhsil naziri Ceyhun Bayramov və Tacikistanın təhsil və elm naziri Nuriddin Said imzalayıblar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şavkat Bobozoda imzalayıblar.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Tacikistanın baş prokuroru Yusif Rəhmon imzalayıblar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirociddin imzalayıblar.
*** 11:26
Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
"Sherg.az" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
(Report.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya