Azərbaycan tibbində rekord: 1300 qr-lıq körpənin böyrəyi əməliyyat olundu
12:00 06.11.2017
Arxiv
575
Azərbaycanda körpə uşaq üzərində çətin əməliyyat həyata keçirilib. Pyeloplastika adlanan əməliyyatı tanınmış uroloq-cərrah Fuad Hüseynov uğurla icra edib.
Bu haqda Ailem.az-a məlumat verən həkim bildirir ki, uşaq 30 həftəlik doğulub və tək qiymətli böyrəyini qorumaq üçün böyük mübarizə aparır: "Belə ki, bətndaxili dövrdən etibarən tək böyrəyində şiddətli hidronefroz olduğu bilinib. Körpə doğulduqdan sonra da aparılan müayinələr nəticəsində təsdiqləndi ki, sol böyrək multikistik displastik böyrəkdir, yəni işləmir. Yeganə işləyən sağ böyrəyində də şiddətli genişlənmə mövcuddur, böyrək ləyəninin ölçüsü 70 mm-ə qədərdir. Genişlənmənin səbəbi böyrək ləyəninin sidik axarına keçən yerində olan daralmadır”.
Həkim deyir ki, körpədə böyrək çatışmazlığı əlamətləri başladığı üçün məcburi cərrahi əməliyyat qərarı veriblər: "1300 qr çəkisi olan körpə üzərində pyeloplastika əməliyyatı uğurla icra edildi. Əməliyyatdan sonra körpənin vəziyyəti tam normaldır, böyrək çatışmazlığı əlamətləri yoxdur. İnşallah yaxın günlərdə evlərinə getməsinin sevincini yaşayacaq. Qeyd edim ki, bu, bizim rekordumuz oldu. İndiyə kimi bu əməliyyatı icra etdiyimiz ən az çəkili körpə oldu. 1 yaşından tez bu əməliyyatı icra etmək olmaz deyən həkimlərimiz də öz işlərinə bir az şübhə ilə yanaşsalar, yaxşı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol