Azərbaycan torpaq sahələrini İrana icarəyə verə bilər
20:52 30.10.2017
Arxiv
780
Bu ölkə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində kifayət qədər təcrübəlidir
İran kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Azərbaycanda torpaq sahələri icarəyə götürmək niyyətindədir. İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian səfir deyib ki, İran bu cür təcrübəni artıq Ukrayna, Qazaxıstan, Braziliya, eləcə də Cənubi Afrika Respublikasında tətbiq edib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artmasında da mühüm rol oynaya bilər. M.Karbasianın fikrincə, İran ümumiyyətlə, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada bir ölkənin digər ölkənin ərazisini icarəyə götürməsi təcrübəsi yetərincə geniş yayılıb. Bu cür əməkdaşlıq bəzən şirkətlərarası, bəzən də dövlət xətti ilə həyata keçirilir. Ölkə iqtisadiyyatının və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bu cür təcrübələr xeyli dərəcədə əhəmiyyətli rola sahibdir.
Azərbaycanın öz ərazilərini İrana icarəyə verməsinin ölkə iqtisadiyyatı üçün nə dərəcə faydalı olacağına gəldikdə isə N.Cəfərli qeyd edib ki, bu məsələnin iqtisadi, siyasi və təhlükəsizlik tərəfləri var. Təhlükəsizlik və dövlətin maraqları nəzərə alınmalıdır.
Yəni bu əməkdaşlığın baş tutması Azərbaycanla İran arasındakı ümumi münasibətlərin səviyyəsindən asılıdır. Ancaq onu deyim ki, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində İran kifayət qədər təcrübəlidir. Bu mənada təklifin reallaşması ticari dövriyyəyə müsbət təsir edəcək:
"Hesab edirəm ki, dövlətlərarası münasibətlərin indiki səviyyədə yaxşı olması fonunda şirkətlərarası müqavilələrin bağlanması daha məqsədəuyğun olar. Hesab edirəm ki, İran Azərbaycan torpaqlarını icarəyə götürməkdənsə, Azərbaycan fermerləri ilə İran şirkətləri arasında birbaşa müqavilələrin bağlanaraq birgə müsəssisələrin yaradılması və birgə müəssisələr vasitəsilə aqrar komplekslərin yaradılması daha effektiv olar. Bu zaman həm İranın kənd təsərrüfatı sahəsindəki təcrübəsi öyrənilmiş olar, həm də məhsuldarlığın artırılması üçün yeni texnologiyalar tətbiq etmək olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya