Azərbaycan Ukraynadan 16,5 mln. dollarlıq dondurulmuş mal əti idxal edib
07:25 04.01.2019
Arxiv
678
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Ukraynadan 16,5 mln. dollar dəyərində dondurulmuş mal əti idxal edib.
"Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətindən bildiriblər. Belə ki, ötən ilin 11 ayında bu ölkədən Azərbaycana 5,39 min ton dondurulmuş mal ət gətirilib.
2018-ci ilin yanvar-noyabr aylarında Ukrayna xarici ölkələrə ümumilikdə 38,07 min ton təzə və dondurulmuş mal əti ixrac edib. Bununla belə xarici bazarlara 14,3 min ton təzə və soyudulmuş mal əti ixrac edilib ki, 2017-ci ilin yanvar-noyabr aylarında bu rəqəm 10,98 min ton olub. Bu da bir illik müqayisədə 30,24% çoxdur.
Həmçinin, ötən ilin 11 ayında xarici bazarlara 23,7 min ton dondurulmuş mal əti ixrac edilib ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 26,88 min ton olub ki, bu da bir illik nəticə ilə müqayisədə 11,83% azdır.
Ukraynadan təzə və soyudulmuş mal əti idxal edən əsas ölkələr Belarus və Türkiyədir. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Belarus bu ölkədən ümumi dəyəri 35,2 mln. dollar olan 12,2 min ton mal əti idxal edib. Türkiyə isə bu müddət ərzində ümumi qiyməti 5,9 mln. dollar olan 2,01 min ton mal əti idxal edib.
Dondurulmuş əti isə Ukraynadan əsasən Qazaxıstana və Belarusa ixrac edilib. Ötən ilin yanvar-noyabr aylarında Qazaxıstana ümumi dəyəri 18,9 mln. dollar təşkil edən 6,19 min ton dondurulmuş mal əti ixrac edilib. Belarusa isə bu müddət ərzində ümumi dəyəri 15,1 mln. dollar olan 4,94 min ton həcmində dondurulmuş mal əti ixrac edilib. Beləliklə, Belarus ümumilkikdə ümumi dəyəri 40,3 mln. dollar olan 17 min ton təzə və dondurulmuş mal əti ixrac edib ki, bu da Ukraynanın ümumi mal əti ixracının 45%-ni təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya