Azərbaycan Universitetində müsabiqə qalibləri mükafatlandırıldı
11:21 16.03.2018
Arxiv
1006
Azərbaycan Universitetində "Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib.
Mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, müsabiqənin tərəfdaşı Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini Nəsimi Kazımov, Nəsimi rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev, "Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim – tələbələri iştirak etmişdir.
Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov müxbirimizə bildirmişdir ki, tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarxda tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər və dəyərləndirilmə kateqoriyaları, iştirakçılar və finalçılar haqqında məlumatlar əksini tapır.
Yekunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirzə Orucov "Təmiz ada” adlı elmi işi ilə birinci, bu ali təhsil müəssisəsinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə isə 400 manat pul mükafatı və müvafiq sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova isə dördüncü yerə layiq görülüb və Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.
Çıxış edənlər müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat veriblər. Çıxışlarda müsabiqənin təşkilinə, şəffaf və yüksək səviyyədə keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkür edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya