Azərbaycanda 6 rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
08:33 11.09.2019
Arxiv
489
"Bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir".
APA xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu məsələlərin növbəti tədris illərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edir: “Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".
Nazir qeyd edib ki, bu il ərzində işlərində yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, əmək müqavilələrinə xitam verilib: "10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərinə işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib. 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavininə intizam tədbirləri tədbiq edilib. 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərar verilən zaman onların davamlı şəkildə nəticələrinin aşağı olması nəticəsində müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual