Azərbaycanda da deputatlar CƏRİMƏLƏNƏ bilərmi?

Nizami Cəfərov: " Bizim parlamentdə iştirak baxımından problem yoxdur"


Azərbaycanda deputatlar parlamentin bütün iclasında iştirak edir. 

Bu sözləri Sherg.az -a "Azərbaycanda da deputatlar parlament iclaslarında iştirak etmədiklərinə görə cərimələnə bilərlərmi ?" sualını cavablandırarkən millət vəkili Nizami Cəfərov bildirib. 

Bununla yanaşı O, qeyd edib ki, bəzən üzürlü səbəblərin olması da mümkündür: 

"Məsələn, daxildə və xaricdə səfərlər baş tutur. Xüsusi iclaslarda, millət vəkillərinin iştirakı çox vacib olanda səfərlər və tədbirlər təxirə salınır. Ümumiyyətlə, düşünürəm ki, bizim parlamentdə iştirak baxımından problemlər yoxdur".

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması plenar iclasları buraxan deputatlar üçün pul cəriməsi tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirəcək. Belə ki, parlamentin bir plenar iclasını buraxan deputat aylıq əmək haqqısının 1/6 biri məbləğində cərimələnəcək.

Ayyət Əhməd