"...Azərbaycanda istehsal olunan kartofun hamısı təhlükəlidir"



"Belə məsələlərdə adətən 60 faiz siyasətin, 40 faiz iqtisadiyyatın payı olur”.

Bunu Sherg.az-a Rusiyaya ixrac edilən kartoflarda xəstəlik tapılması məsələsinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O qeyd edib ki, doğrudan da kartoflarda bu cür xəstəlik ola bilər, lakin bu insanlara zərərli deyil:

"Bu, sadəcə ətraf mühitə zərər gətirən bəzi bakteriyalardır ki, onlar havaya düşəndə zərərli olur. Amma demək olmaz ki, Azərbaycanda istehsal olunan kartoflar hamısı xəstə, təhlükəlidir. Biz 4 il öncə Azərbaycandan Avropaya aparılan fındıq ləpələrində zərərli bakteriyaların olduğunun və Avropaya buraxılmadığının şahidi olduq. Belə hallar ola bilər. Eləcə də xaricdən Azərbaycana təhlükəli mallar gəlir. Bunun qarşısını sanitar qaydalarla almaq olar”.

Aysel Aslan