Azərbaycanda kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi yaradıldı - Ölkədə ilk
11:56 10.04.2018
Arxiv
876
Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik üzrə peşəkar təlimlərə başlanıb.
"CYBERO" Azərbaycanda bir ilkə imza ataraq Kiber təhlükəsizlik sahəsində individual/qrup və Korporativ təlimlərə başlayıb.
Mərkəzin əsas hədəfi informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ekspertlərin yetişdirilməsi ilə kiber təhlükəsizlik sahəsində işləyən yerli kadr potensialının artırılmasıdır. Mərkəzin təlimçiləri xaricdə müxtəlif istiqamətlər üzrə xüsusi təlimlər keçmiş yerli və ya müvafiq sahələr üzrə əməkdaşlıq etdiyimiz xarici ekspertlərdən ibarətdir.
CYBERO hazırda bir neçə istiqamətdə təlim və xidmətlərinə start vermişdir. CYBERO sahə üzrə bir keyfiyyət standartı yaratmağı, kibertəhlükəsizlik sahəsində bir brendə çevrilməyi, o cümlədən sahə üzrə bir çox yeniliklər edərək ölkədə bu sahənin inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.
CYBERO-nun hazırkı fəaliyyət istiqamətləri aşağıdakılardır:
Artan kiber təhlükələr ilə mübarizədə işçi heyətinizin maarifləndirilməsi üçün müəssisələrin fəaliyyət istiqaməti nəzərə alınmaqla hazırlanmış peşəkar korporativ kiber təhlükəsizlik təlimləri;
Müəsisənizin informasiya resurslarının auditi, onlara qarşı kiber təhdidlərin analizi və risklərin qiymətləndirilməsi üçün Təhlükəsizlik Auditi xidmətləri;
Kiber Təhlükəsizlik, Reverse Engineering, CEH, Web Aplikasiya Təhlükəsizliyi, Desktop/Web Proqramlaşdırma, Sistem İnzibatçısı kimi aylıq təlim proqramlarının tədrisi.
Mərkəz Azərbaycanda ilk dəfə təhlükəsizlik ekspertləri üçün Reverse Engineering və "White Hat Hacker" tədris proqramının Web Tətbiqlərin (application) Təhlükəsizliyi istiqaməti üzrə təlimlərə start verdi. Reverse Engineering təlimində - reverse engineering üçün əsas olan alətlərdən istifadə, debugging, fuzzing zamanı local və remote debugging, fuzzing və debugging proseslərində İDA skriptlərinin hazırlanması, statik/dinamik kod analizi kimi mövzuları öyrənəcək, Web Tətbiqlərin Təhlükəsizliyi təlimində isə OWAPS top-10 boşluqlarının analizi və istismarını real bug bounty "case"ləri üzrə CTF-lər əsasında praktiki təcrübədən keçirəcəksiniz.
İT karyera qurmaq istəyənlər üçün təlim proqramlar auditoriya olaraq individual və qrup təlimlərinə, texniki səviyyəyə görə isə başlangıc, mütəxəssis və ekspert olmaqla 3 mərhələyə bölünür.
Korporativ təlimlər isə auditoriyaya görə sıravi kompüter istifadəçiləri, texniki işçilər və idarəçilər üçün nəzərdə tutulmuş 3 fərqli istiqamətdə keçirilir.
CYBERO-nu digər təlim mərkəzlərindən fərqləndirən üstünlüyü – təlimlərin hər bir istiqamətində sizə sadəcə bilik vermək deyil, eləcə də bu biliyin təhlükəsiz tətbiqini öyrətməyini qarşısına məqsəd qoymasıdır.
0-dan EKSPERT səviyyəsinə qədər yüksələcəyiniz İT karyeranızı CYBERO ilə başlayaraq öyrəndiklərinizlə özünüzü sahənin brendinə çevirin!
Əlaqə üçün veb sayt:
http://cybero.az/
Əlaqə nömrələri:
(+99412) 480 33 63
(+99470) 680 33 63
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat