
Azərbaycanda məktəbdə şagird öldürülüb? - ŞOK İDDİALAR - AÇIQLAMA
07:19 10.04.2018
Arxiv
920
Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.
Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi criminal.az saytına açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, sinif yoldaşı tərəfindən döyülərək öldürüldüyünü deyib: ''Elgünün ölümündən bir neçə gün əvvəl sinif yoldaşı Nurlanla mübahisəsi olub. Həmin vaxt Nurlan Elgünə deyib ki, səni öldürəcəm. Hadisə dərs zamanı sinif otağında baş verib. Müəllim uşaqları nəzarətsiz buraxaraq harasa gedibmiş. Müəllim olmayan zaman onlar arasında yenidən mübahisə düşüb. Kök və cüssəli olan Nurlan Elgünü döyməyə başlayıb, yerə yıxaraq təpikləyib. Uşağı döyərək qançır edib. Yerdə huşsuz vəziyyətə qalan Elgünə kömək etmək üçün sinif yoldaşları başqa müəllimləri çağırıblar. Xeyli keçəndən sonra müəllimlər gəlib. Müəllimlər gələndə Elgün keçinibmiş. Bir saat sonra həkim çağırıblar. Həkim iynə vurmaq istəsə də, bədəninə yeriməyib. Qışqırışma düşəndən sonra Elgünü döyən uşağın elə həmin məktəbdə işləyən bibisi gəlib. O, ''Elgünü niyə öldürdün'' deyə soruşanda, Nurlan ''yaxşı edib öldürdüm'' cavabını verib. Sonra Elgünün bacısına zəng ediblər ki, qardaşın yıxılıb. Bizə isə iki saat keçəndən sonra zəng etdilər ki, gəlin uşağınızı aparın''.

Vəfat edən şagirdin bibisi deyib ki, E.Məhərrəmovun meyitinin üzərində döyülmə izləri olub, amma ekspert başqa rəy verib: ''Ekspert müayinə edib, amma susur. Rəy verib ki, uşaq xəstə imiş, sudurqa keçirərək ölüb. Axı uşaq sağlam idi, meyitin də qzərində zorakılıq izləri olub. Bu işi batırdılar. İstəyirik hadisə ictimailəşdirilsin, haqq öz yerini tapsın. Balamızı öldürüblər. Qardaşım Sankt-Peterburqda yaşayır. Novruz bayramına gəlmişdi. Balasının vayı qismət oldu qardaşıma. Axı bizim uşaq dava edən deyildi. Niyə onun ölümünə bais oldular. Savadlı idi, dərslərini əla oxuyardı, şərəf lövhəsində şəkili vurulub. Yanıb tökülürük…''.
Çəınlibel kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Lent.az-a açıqlamasında deyib ki, ölüm faktı rayon proklurorluğu tərəfindən araşdırılır: "Prokurorluqda bu hadisə ilə bağlı iş aparılır. Bu hadisədə kimin günahı varsa, o da cəzasını alacaq. Hazırda istintaq aparılır və bütün iddialar araşdırılır. Nəticədən asılı olaraq tədbir görüləcək”.
Məktəb direktoru əlavə edib ki, vəfat edən şagird nümunəvi məktəblilərdən olub: "Onun babası Şahbaz kişi kəndimizin ağsaqqalıdır. Çox təəssüf ki, belə bir hadisə baş verib. Heç kim istəməzdi belə olsun, onların ailələrinə başsağlığı verirəm, səbr diləyiəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur