Azərbaycanda meyitdən orqan köçürə bilən kifayət qədər mütəxəssis var
17:52 04.11.2017
Arxiv
717
Ola bilsin ki, ilk başlarda cəmiyyətimiz buna isti münasibət göstərməsin, mentalitet gərəyi müəyyən çətinliklər yaşansın. Unutmayaq ki, işi başlamaq onun yarısını həll etmək deməkdir
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda meyitdən orqan köçürülməsinin ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verəcəyini deyib.
Millət vəkilinin sözlərinə görə, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarından sonra bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq.
M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir:
"Bunlar hamısı biri-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər”.
Azərbaycan vətəndaşlarının orqan köçürülməsi prosesinə hazır olduğunu deyən "Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazovun sözlərinə görə, bu proses elə bir ciddi problem yaratmayacaq:
"İlk dönəmlərdə şimal qonşumuz Rusiyanın bir subyekti olan Çeçenistanda 90-cı illərdə fərqli bir üsuli-idarə yaranmışdı və aborta icazə verilmirdi. Yeni-yeni ciddi ginekoloji problemlər yaşandı, amma sonradan cəmiyyət bu qadağalara riayət etməyə başladı. Türkiyənin özündə belə meyitdən orqan köçürülməsi məsələsi kifayət qədər çətinliklər yaradır”.
Həkimin sözlərinə görə, hər hansı bir orqanı xəstə olan insanın qohum-əqrəbasında ona orqan verəcək bir şəxs yoxdur, amma pulu var. Bu insan nəyə görə hansısa dünyasını dəyişmiş insanın orqanları hesabına yenidən ayağa qalxmasın:
"Mənim fikrimcə, Azərbaycanda meyitdən orqan köçürülməsinin geniş yayılması tibbin inkişafına stimul verəcək. Ola bilsin ki, ilk başlarda cəmiyyətimiz buna isti münasibət göstərməsin, mentalitet gərəyi müəyyən çətinliklər yaşansın. Unutmayaq ki, işi başlamaq onun yarısını həll etmək deməkdir. Əvvəllər Azərbaycanda yaxınını itirən heç kəs meyiti yarıb, ekspertiza etməyə icazə vermirdi. Dünyasını dəyişən şəxsin ölüm səbəbi sirr olaraq qalırdı, təbabətimiz də axsayırdı. Bu gün isə artıq bu məsələ problem olmaqdan çıxıb”.
Azərbaycanda meyitdən orqan köçürülməsi üçün müvafiq klinikaların yaradılmasını alqışlayan S.Arazovun sözlərinə görə, Azərbaycanda meyitdən orqan köçürmək potensialına sahib kifayət qədər mütəxəssis var:
"Tanıdığım, bildiyim həkimlər arasında meyitdən orqan köçürə biləcək çox yaxşı mütəxəssislər var, hansı ki hər biri Türkiyədə, Avropada təhsil alıb. Sadəcə onlara şərait yaradılmalıdır. Şərait də ondan ibarətdir ki, qanunla icazə verilməli və müvafiq tibbi avadanlıqlarla təmin edilməlidir”.
Meyitdən götürülən orqanların rayonlara çatdırılmasına gəldikdə isə həkim deyib ki, bu cür əməliyyatlar ancaq Bakıda və Naxçıvanda həyata keçiriləcək.
Onun sözlərinə görə, Azərbaycanın bir ucundan o birisi ucuna 4 saat ərzində getmək mümkün olmadığı üçün rayonlarda orqan köçürülməsi əməliyyatını həyata keçirmək düzgün deyil. Tibb Universitetinin Cərrahiyə Klinikası və Neftçilər Xəstəxanasında, Gömrük Hospitalında orqan köçürülməsi üçün şərait var. Faktiki olaraq bu tibb ocaqlarında xəstələrə orqan köçürülür. Müvafiq qərardan sonra meyitdən də orqan köçürülməsini problemsiz həyata keçirə bilərlər.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət