Azərbaycanda "sms icazə" yenidən BƏRPA EDİLİR? - AÇIQLAMA
10:53 08.04.2021
Arxiv
782
Azərbaycanda "sms icazə" yenidən BƏRPA EDİLİR? - AÇIQLAMASon bir neçə ayda Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Belə ki, aprelin 7-də koronavirus infeksiyasına 2595 yeni yoluxma faktı qeydə alınıb, 1073 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 37 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların və ölənlərin sayında kəskin artımın olması "sms icazə" sisteminin yenidən bərpa edilməsi ehtimalını ortaya çıxarır.Bəs görəsən "Sms icazə" sistemi yenidən bərpa edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün vəziyyət heç də ürək açan deyil:
"Mən inanmıram ki, "sms icazə" yenidən bərpa edilsin. Çünki "sms icazə" bərpa edilərsə o zaman müəssisələr bağlanmalı olacaq və insanların hərəkəti məhdudlaşdırılacaq. Bəzi müsəssisələrdə az işçi ilə işləməli olacaqlar. Bu baxımdan mən inanmıram ki, "sms icazə" yenidən bərpa edilsin. Bərpa edilərsə belə yoluxma sayı daha çox hansı şəhər və rayondadırsa orada ola bilər. Hazırda daha çox yoluxma Bakı şəhəri, Abşeron yarmadasındadır. O ki, qaldı avtobuslardakı sıxlıq məsələsi, bu daha çox Bakı şəhərində müşahidə olunur. Bunun da nizamlanması üçün BNA tərəfindən qrafiq qurula bilər. Yəni səhər saat 7-dən 10-a kimi, axşam 5-dən 8-ə kimi sıx qrafiqlə işləyə bilər. Avtobuslar həmin qrafiqə uyğun sərnişinləri daşıya bilər. Nəzarətin güclü olması vacibdir. Yəni hər bir dayanacağın nəzarətçisi olmalıdır ki, avtobuslarda insan sıxlığı olmasın. Bunun üçün də avtobuslar 1-2 dəqiqə intervalla işləməlidir. Buna insanlarımızda etiraz etməzlər. Əksinə məmnun olarlar. Düşünürəm ki, BNA bu məsələdə müəyyən addımlar atmalıdır. Avtobuslarda sıxlıq müşahidə olunan zamanları bu cür tənzimləyə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə