Azərbaycanda təhlükəli virus infeksiyaları var? - NAZİRLİKDƏN AÇIQLAMA


Hər il olduğu kimi bu il də havaların soyuması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.
Bu barədə "Sherg.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.