Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzi yaradılacaq
16:46 29.12.2018
Arxiv
607
Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzi yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Proqramda qeyd olunur ki, 2019-2020-ci illərdə yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq ali təhsil müəssisəsinin nəzdində, tərkibində yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi üzrə ekspertlər və elmi tədqiqat qurumlarının nümayəndələrindən ibarət ictimai şuranın fəaliyyət göstərəcəyi müvafiq elmi tədqiqat mərkəzi yaradılacaq.
Bundan başqa, yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi tədqiqat mərkəzinin nəzdində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı innovativ təkliflərdən ibarət ideya bankının yaradılması, yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı məqsədilə maddi-texniki və elmi-metodiki bazaya əsaslanan tədris və təlim prosesinin, peşə hazırlığının təşkili və bu sahədə müvafiq təhsil pillələri üzrə ixtisaslaşmanın təkmilləşdirilməsi, eləcə də yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən əməkdaşların xidmətə qəbul edilməzdən əvvəl və xidmət dövründə vətəndaşlarla etik davranış qaydaları barədə kurslara cəlb edilməsi, etik davranış qaydalarını pozan əməkdaşlar barədə ciddi məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm