Azərbaycanda yol qırğını: 5 ölü, 14 yaralı




Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, dünən respublika yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 14 nəfər xəsarət alıb.
Dünən Bakının Suraxanı rayonunda avtomobilin sərnişin avtobusuna çırpılması nəticəsində 2 nəfər ölüb. Bakının Xəzər rayonunda, eləcə də Tovuzda piyadalar yol qəzasının qurbanı olub. Bundan başqa Xaçmazda iki minik avtomobilinin toqquşması da insan itkisinə səbəb olub.