Azərbaycanda yol qırğını: 6 nəfər öldü




Mayın son günündə Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkə ərazisində ümumilikdə 7 yol qəzası qeydə alınıb. 

Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 5 nəfər də xəstəxanaya yerləşdirilib.

Ölümlə nəticələnən qəzalardan ən ağırı Qaxda qeydə alınıb. Burada avtomobilin ağaca çırpılması 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət almasına səbəb olub. 

Digər ağır qəzalar isə Ağstafa, Lənkəran, Binəqədi və Nərimanov rayonlarında baş verib.