Azərbaycandan İraqa gedən zəvvarların sayı artıb - 14 min




Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.

Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:

"İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".