“Azərbaycanın Dağlı Qarabağla bağlı mövqeyi qətidir” - Deputat
16:08 30.04.2019
Arxiv
609
"Bu gün ölkə başçısı Nazirlər Kabinetinin iclasında 2019-cu il başlayandan bəri aparılan islahatlar, nailiyyətlər, həmçinin qarşıda duran məqsədlərdən danışdı”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, hər zaman olduğunu kimi yenə də Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır:
"Azərbaycanın bu məsələdə mövqeyi təbii ki, dəyişməzdir. Bunu cənab prezidentimiz bütün görüşlərində və beynəlxalq tədbirlərdə bəyan edir. Azərbaycanın Dağlı Qarabağla bağlı mövqeyi qətidir. Ölkəmizin əraziləri işğal altındadır və bu ərazilər mütləq işğaldan azad olunmalıdır, ərazi bütövlüyümüz təmin edilməlidir.
Qaçqınlar, məcburi köçkünlər yurdlarına qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq da. Biz torpaqlarımızı işğaldan azad etmək üçün beynəlxalq hüququn bütün qanunlarına əsaslanaraq hərəkət etməliyik. Beynəlxalq qurumların hər bir sənədi torpaqlarımızı xilas etməyə imkan verir. Görünür ki, düşmən danışıqlar yolu ilə heç bir razılığa gəlmək istəmir. Ona görə də torpaqlarımızı işğaldan azad edəcəyik. Buna gücümüz, imkanımız var. Haqq və ədalət də bizim tərəfdədir. Ölkə başçısı da həmişə birmənalı olaraq bunu qeyd edib. Hesab edirəm ki, baş verənlərdən düşmən və həmsədr dövlətlər lazımi nəticə çıxartmalıdırlar”.
Qeyd edək ki, aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı bildirib ki, Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya