Azərbaycanın ən öndə gedən qaynar xətt xidmət hansıdır ? – AÇIQLAMA

"Bu gün Azərbaycan ən öndə gedən qaynar xətt 102 xidmətidir. Evində suyu kəsilən də, kiçik bir münaqişə yaşayan da 102-yə zəng edir"
"Ölkəmizdə qaynar xətlərin yaradılması olduqca təqdirəlayiqdir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Azərbaycan uşaqları birliyinin sədri Kəmalə Ağazadə deyib.
"İllər öncə UNİCEF tərəfindən Təhsil Nazirliyi ilə birgə uşaqlar üçün qaynar xətt yaradılmışdı. Bu qaynar xətt indi də fəaliyyət göstərir. Əgər digər nazirliklər də uşaqların müdafiəsi üçün belə bir tədbirlər görürsə, niyə də olmasın. 
Bildiyiniz kimi QHT-lərin də qaynar xətləri var. Eyni zamanda sosial şəbəkələrdə nə qədər səhifələrimiz və əlaqə nömrələrimiz qeyd olunub. Həmin səhifələrin də əsas məqsədi insanların, yeniyetmələrin problem yaşadığı zaman müraciət etmələri üçündür. Belə qaynar xətlərin yaradılması alqışalayiqdir”.
K.Ağazadənin sözlərinə görə, qaynar xətlərdə ixtisaslaşmış kadrlar çalışmalıdır:
"Həmin kadrlar telefonla psixoloji yardımlar göstərilməlidir. Əgər daxil olunan zənglərdə cinayət ehtimalı varsa, dərhal hüquq- mühafizə orqanlarına da məlumat verilməlidir. Bu gün Azərbaycan ən öndə gedən qaynar xətt 102 xidmətidir. 
Evində suyu kəsilən də, kiçik bir münaqişə yaşayan da 102-yə zəng edir. Zamanından mən insan alveri qurbanları üçün nəzərdə tutulmuş 152 qaynar xətt xidmətinin rəhbəri olmuşam. Bizə aidiyyəti olmayan o qədər müraciətlər olurdu ki, bu zaman həmin vətəndaşları yönləndirirdik. Ona görə də cəmiyyət üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün qaynar xətlərin rolu böyükdür”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün "Qaynar xətt” yaradılır.
Yeganə Bayramova