Azərbaycanın Ərdəbildə beşulduzlu otel tikməsi faydalı olmayacaq
19:57 20.10.2016
Arxiv
670
İqtisadçı-ekspert biznes adamlarını daha faydalı işlərlə məşğul olmağa səsləyir
İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu otel tikməyi təklif edir. Bu barədə jurnalistlərə Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş bildirib. Vali qeyd edib ki, il ərzində bizim vilayətə 4-5 milyon insan gəlir: "Hər gün Azərbaycandan Ərdəbilə təxminən 500 nəfər səyahət edir. Bizim 12 min yerlik dördulduzlu otelimiz var, ancaq biz Azərbaycan tərəfinə təklif edirik ki, beşulduzlu otel tiksinlər”. Onun sözlərinə görə, Azərbaycan hökuməti təkliflə əlaqədar iş adamlarını Ərdəbilə göndərməyi vəd edib.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu təklifi müsbət dəyərləndirərək bildirib ki, Azərbaycanın pul yatırdığı xeyli ölkə və şirkət mövcuddur: "SOCAR qonşu Rusiya və Türkiyədə xeyli daşınmaz əmlak alıb. Əlbəttə, İranla münasibətlərdə suallarımızın sayı az deyil, Tehran-İrəvan əlaqələri də bizi narahat edir. Ancaq söhbət Cənubi Azərbaycan vilayətlərindən və şəhərlərindən gedir. Azərbaycanın cənubunun şimala daha yaxın olmasını istəyiriksə, bunun yolu investisiyalardan, ortaq layihələrdən, birgə müəssisələrin yaradılmasından, otellərin inşaatından və qarşılıqlı turizm imkanlarının artmasından keçir. Kobud desək, şimallı cənubda, cənublu isə şimalda pul qazanmalı və bu prosesə kifayət qədər insanı cəlb etməlidir. Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalı, eyni ilə güneylilər də Azərbaycanın şimalında özlərini tam rahat hiss etməli, içərilərində maliyyə imkanı olanlara isə burada bizneslərini artırmaq şəraiti yaradılmalıdır. Bundan sonra Azərbaycanı iki hissəyə bölən Araz çayı bizi bir o qədər ayırmayacaq, növbədə tikintisi bitməkdə olan körpü və dəmiryolu gəlir”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli isə qeyd edib ki, beşulduzlu otellərin turistik baxımdan effekti yoxdur: "Hesab edirəm ki, Ərdəbil valisi Azərbaycanı vəsait qoymağa dəvət edir. Amma adətən, turistlər daha çox 2 və 3 ulduzlu, maksimum 4 ulduzlu otelləri seçirlər. Düzdü, İran 30 ildən yuxarıdır ki, qapalı şəraitdə yaşayırdı. Bu məsələ İranda turistik infrastruktura çox ciddi ziyan vurub. Azərbaycandan İrana gedən vətəndaşlarımızın ya orda qohum-əqrəbaları var, ya da hostel tipli yerlərdə qalmağa üstünlük verirlər. Bu mənada beşulduzlu oteli perspektivli saymıram. Ancaq təbii ki, azərbaycanlıların kompakt yaşadığı yerlərə, o cümlədən Ərdəbilə də vəsait qoymağı təqdir edirəm. Biznes adamlarını daha faydalı işlərlə məşğul olmağa səsləyirəm. Çünki dövlət özü vəsait ayırmaq haqqında düşünməməlidir. Dövlət daha çox dövlət siyasətini aparmalıdır. Sahibkarlıq subyektləri isə bu tipli işlərə vəsait yatıra bilər. Amma güman etmirəm ki, hər hansı bir sadə biznes adamı gedib, Ərdəbildə beşulduzlu otel tiksin”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət