"Azərbaycanın KTMT-yə üzv olmaq niyyəti olmayıb və yoxdur da" - MÜSAHİBƏ






Tanınmış politoloq Tofiq Abbasovun "Sherg.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola bilərmi ?

-Ölkəmizin KTMT-yə üzv olmaq niyyəti olmayıb və yoxdur da. Azərbaycan vaxtilə o təşkilatda olmub və sonradan oranı tərk edib.

- Səbəb nə oldu ?

- Bu, mərhum Heydər Əliyevin dövründə olan məsəldir. Proses ondan ibarət idi ki, bir hərbi-siyasi quruma daxil olan iki dövlət arasında münaqişəli vəziyyət vardı, indi də var. Bu dövlətlərdən biri, yəni Ermənistan Azərbaycana hücum edərək 20 faiz torpağımızı işğal edib. 1 milyondan artıq insanı öz dədə-baba yurdundan didərgin salıb, Azərbaycanın əzəli,əbədi ərazilərində təmizləmələr aparıb, amansız qanlı cinayətlər törədib. KTMT-də olan dövlətlər bu işğala dözümlü yanaşdılar. Ona görə də, Azərbaycan dövləti belə qərara gəldi ki, bu təşkilatda qalmağımıza lüzum yoxdur. Amma indiki şəratdə geosiyası aləmdə vəziyyət həmişə dəyişilir, Yeni gəlişmələr baş verir".

- İndiki dönəmdə bu məsələ niyə davamlı olaraq gündəmə gətirilir ?

- Ona görə ki, KTMT-də olan aparıcı ölkələr Azərbaycanı öz sıralarında görmək istəyirlər. Onun üçün də təsadüfi deyil ki, bu təşkilatın daxilində iki xüsusi qurum- Müşahidəçi və Tərəfdaş yaratdılar. Əlbəttə, Azərbaycanın KTMT-yə üzv olması elə bir məsələdir ki, burada gərək həm ictimai fikir öyrənilsin, həm də siyasi elita prosesi ciddi şəkildə götür-qoy etsin. Müzakirələr aparılsın və təbii ki, son sözü həmişə dövlət başçısı deyir. Bu məsələ o dərəcədə mühümdür ki, onu təsadüf sayəsində həll etmək mümkün deyil. Dərin düşüncə tələb edən prosedurdur.

-Hansı hallarda Azərbaycan bu təşkilata qoşula bilər ?

-Azərbaycan elə bir bölgədə yaşayır ki, burada çox gərgin proseslər cərayan edir. Azərbaycanın hələ hansısa hərbi- siyasi blokda iştirakı mümkünsüzdür. Geosiyasi konyuktur dəyişilərsə, Azərbaycan siyasi rəhbərliyi belə bir qərara gələrsə, ki, biz KTMT-də ola bilərik, o artıq ikinci məsələdir. Belə olarsa, onda bəzi porosedurları həll etmək, üzvlüyü tərtib etmək lazım gələcək. Ancaq bu məsələ hələ ki gündəmdə yoxdur.

-Cənab Prezidentin bu məsələni Davos Forumunda dünyanın diqqətinə çatdırması hansı zərurutdən irəli gəldi ?

-Çünki sözügedən məsələ ətrafında müəyyən mənada spekulyasiyalar və fərqli fikirlər var. Amma bu Azərbaycanın öz ixtiyarında olan işdir. Nə kimsə bizim yerimizə qərar verə bilər, nə də biz kiməsə bu barədə səlahiyyət vermişik. Prezident İlham Əliyev bu məsələni yerində və vaxtında dilə gətirdi

Ayyət Əhməd