"Azərbaycanın maktoiqtisadi dayanıqlılığı daha da möhkəmlənəcək" - AÇIQLAMA
12:27 10.07.2018
Arxiv
838
"İqtisadiyyatımızın müəyyən problemlərdən sonra güclü qalması Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlarla bağlıdır”
Bu sözləri "Sherg.az”a iqtisadçı-ekspert Pərviz Heydərov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin iqdisadi və maliyyə sektorunda şəfaflığın qorunmasına dair fikirlərinə münasibət bildirərkən deyib.
Ekspertin qənaətincə, son illər ərzində iqtisadiyyatımızın yaxşılaşdırılması yönündə dövlət başçımızın atdığı addımlar hamımıza məlumdur:
”2014-cü ilin birinci yarısına kimi Azərbaycanın iqtisadiyyatında heç bir problem görünmürdü. Həm makroiqtisadi göstəricilər, həm də ölkədə iqtisadi artım səviyyəsi elə bir vəziyyətdə idi ki, sanki bu sahələrdə möhkəm dayanıqlılıq mövcud idi. 2014-cü ilin yayından başlayaraq neftin qiymətinin dünya bazarlarında ucuzlaşmasından dolayı yaranan probləmlər ölkə iqtisadiyyatının tam möhkəm və dayanıqlı şəkildə olmadığını göstərdi. 2015-2016-cı illərdə Azərbaycanda devalvasiyaların yaşanması, ölkənin valyuta ehtiyatlarının bir qisiminin valyuta bazarını tənzimləmək məqsədilə istifadə olunması nəticəsində Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının 11 milyarddan çoxunu xərcləndi. Bu da höküməti qeyri-neft sektorunda atılmış addımlar sürətləndirməyə vadar etdi. Qeyri-neft sektorunun məhsullarının istehsalını genişləndirmək məqsədi ilə dəstək xarakterli müəyyən tədbirlər və işlər görüldü. Ölkə iqtisadiyatının gələcək inkişafı ilə bağlı strareji yol xəritəsi hazırlandı. Dövlət başçısının qeyri-neft sektoru ilə bağlı həyata keçirdiyi tədbirlər qısa müddət ərzində daha da sürətlənməyə başladı. Açıqlamalarımda dəfələrlə bildirmişəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər qısa müddətdə öz nəticəsini verə bilməz. Bunun üçün müəyyən bir dövr lazımdır. Həmin dövrü qısaltmaq üçün görülməli ilk iş maliyyə şəfaflığını yaradılmsı və sahibkarlığın inkişafının təşviq olunmasıdır. Bu işlər 2016-cı ildən sonra cənab Prezidentin biləvasitə şəxsi təşəbbüsü nəticəsində daha da sürətləndi. Əgər 2015-2016-cı illərdə devalvasiya zamanı maliyyə ehtiyatlarımız olmasaydı, həmin devalvasiyalar zamanı daha böyük itkilər verərdik. Ən əsası odur ki, makroiqdisadi dayanıqlılığı itirmədik. O vaxtdan başlayaraq Azərbaycan makroiqtisadi dayanıqlılığın mühkəmlənməsi istiqamətində görülən işlər xeyli irəliləmişdi. Ümüd edərəm ki, bu davamlı xarakter daşıyacaq. Çünki bunun üçün həm neftin dünya bazarlarında qiyməti əlverişlidir, həm də bu yöndə islahatlar davam etdirilməkdədir. Yaxın günlərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənilən bir sıra yeniliklər maktoiqtisadi dayanıqlılığın daha da möhkəm xarakder daşıyacağını deməyə imkan verir”.
Prezidentin "Kənd təsərrüfatı sahəsində ən müasir standartlar tətbiq edilir" fikrinə diqqət çəkən P.Heydərov qeyd edib ki, kənt təsərrüfatı qeyri-neft sektorunun ən aparıcı sahəsidir:
"Onun inkişafı isə müasir dövrdə iri, xırda və orta sahibkarların sahibkarlıq subyektlərinin inkişaf etdirilməsini, dövlət tərəfindən onlara müvafiq dəstək göstərilməsini, onlara öz məhsullarını asan yolla bazara çıxarmağın təmin olunması kimi məsələlərin həll olunmasını tələb edir. Bu istiqamətdə hazırda müvafiq işlər aparılır. Amma burada müxtəlif məqamlar var. Müəyyən bir texnologiyanın ölkəyə alınıb gətrilməsi elə bir ciddi problem deyil. Müasir texnikanı alıb ölkəmizə gətirmək müsbət haldır. Bu zaman gərək fermerlərə də müəyyə biliklər verilsin. Yəni müasir texnologiyalarla düzgün və səmərəli işləmələri üçün fermerləri, xırda və orta istehsalçılara həmin texnikanın iş prinsipini, düzgün işlədilməsini başa salmaq lazımdır. Bununla yanaşı kənt təsarüfatında bəzi sahələri inkişafı üçün kadrlar hazırlanmasını da nəzərdən qaçırmamalıyıq. Müxtəlif növ texnikanın alınıb Azərbaycana gətirməyə ölkəmizin kifayət qədər gücü var”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat