Azərbaycanlı atanın Suriyaya apardığı 14 yaşlı oğlu döyüşdə öldü
20:26 12.01.2014
Arxiv
1244
Bu haqda Suriyada öldürülən Nəcəf Kərimovun qohumu Günel Babayeva bildirib
Yanvarın 10-da Suriyada daha bir azərbaycanlı öldürülüb. Qəribəsi isə odur ki, bu dəfə öldürülən məktəb yaşlı yeniyetmədir. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oglu Suriyadakı döyüşlərdə öldürülüb.
ANS PRESS-in Teleqraf.com-a istinadən verdiyi məlumata görə, bu haqda Suriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva bildirib.
Məlumata görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb.
Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra Sabuncu rayonunda yaşayıb.
Yeri gəlmişkən, Namiq Kərimovun "Allah yolunda döyüşlərdə” iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb.
O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır.
Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya