Azərbaycanlı döyüşçülərin cəsədlərinin qalıqları tapılmadı - SİYAHI
12:37 12.05.2016
Arxiv
1109
1942-ci ilin 23-26 mart tarixlərində Smolensk ətrafında gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların cəsədlərinin qalıqlarını tapmaq hələ mümkün olmayıb. Bu barədə Lent.az-a açıqlamasında Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib.
Şamil bəyin dediyinə görə, bir qədər əvvəl "Rubej” Axtarış Qrupu Rusiya Müdafiə Nazirliyinin Podolskda yerləşən arxivindən aralarında azərbaycanlıların da olduğu siyahını tapmışdı. Həmin siyahıda həlak olmuş azərbaycanlı döyüşçülərin adı, atasının adı və soyadı ilə yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılması ilə bağlı qeydlər var.
Bundan sonra o da məlum olmuşdu ki, "Rubej" üzvü Aleksandr Tumanov və digər qrup üzvləri aprelin 22-də yenidən Smolensk ətrafında yerləşən Kuvşinovo kəndinə yollanacaq, axtarışa başlayacaqlar. "Artıq axtarış başa çatıb. Hələ ki bir neçə cəsədin qalıqları aşkar edilib. Tumanovun mənə dediyinə görə, ərazi həddən artıq böyükdür. Təxminən 4 kv. km ərazini əhatə edir. Bu dəfə axtarış həm də maddi vəsait üzündən dayandırılıb. Bilirsiniz, Axtarış Qrupu könüllülərin ianəsi hesabına aparılır. Bu vəsait isə çox cüzidir”.
Həmsöhbətimizin dediyinə görə, Azərbaycan tərəfi "Rubej” qrupunu azca da olsa maliyyələşdirsə, axtarışlar bərpa edilsə, həmyerlilərimizin cəsədlərinin qalıqlarını tapmaq mümkün olacaq”.
Bu arada bir məqamı da qeyd edək. "Rubej” tərəfindən vaxtı ilə döyüşlər gedən ərazidə həlak olmuş azərbaycanlıların konkret siyahısı da müəyyən edilib Onların sayı 23-dür. Aşağıda həmin siyahını yayımlayırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media