
Azərbaycanlı məşhur model amerikalı pilota ərə gedib
18:46 24.04.2019
Arxiv
947
O, ABŞ-da aerobatika məşğələləri zamanı gələcək həyat yoldaşı ilə tanış olub
Barbi gəlinciyi" ləqəbi ilə məşhur olan azərbaycanlı model Sima Şərafətdinova amerikalı pilota ərə gedib. Sputnik Azərbaycan-ın məlumatına görə, qız toy şəkillərini özünün "Instagram"dakı rəsmi səhifəsində paylaşıb.

Model ötən payızda yaşamaq üçün Los Ancelesə köçüb. O, burada aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 2019-cu ilin yanvarında ailə həyatı qurub.
Lakin Şərafətdinova xeyli müddət bu xəbəri ictimaiyyətdən gizli saxlayıb. Bu günlərdə isə, o, sosial şəbəkələrdə ailə vəziyyəti ilə bağlı statusunun dəyişdiyini bildirmək qərarına gəlib və ailə vəziyyəti bölməsinə "evli" olduğunu qeyd edib.
Xatırladaq ki, model hazırda ABŞ-da keçiriləcək aerobatika üzrə çempionata hazırlaşır.
Sima Şərafətdinova öz model karyerasına 15 yaşında başlayıb və yerli model müsabiqələrinin birində "Azərbaycan gözəli" seçilib. O, Türkiyə telekanallarından birinin "İşte benim stilim" moda layihəsində iştirak edəndən sonra məşhurlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil