Azərbaycanlıların Türkiyədə mənzil alması səbəbsiz deyil
21:22 25.02.2016
Arxiv
1872
Çünki bu ölkəyə qoyulan əmanətlərin qiyməti hər il 4-5 faiz artır
"Bu ilin yanvar ayında xarici ölkə vətəndaşları Türkiyədən 1462 mənzil alıb. Türkiyədən ev alan əcnəbilər arasında Azərbaycan vətəndaşları 6-cı yerdədir”.
Bu barədə Türkiyə Statistika Müəssisəsi xəbər yayıb. Məlumata görə, bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 13 faiz çoxdur. Xəbərdə o da qeyd olunur ki, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, Azərbaycan, Almaniya və İngiltərə vətəndaşları üstünlük təşkil edib. Belə ki, İraq vətəndaşları Türkiyədən 308, Səudiyyə Ərəbistanı vətəndaşları 136, Küveyt vətəndaşları 134, Rusiya vətəndaşları 106, Əfqanıstan vətəndaşları 104, Azərbaycan vətəndaşları 54, Almaniya vətəndaşları 49 və İngiltərə vətəndaşları 49 mənzil alıb. Əcnəbilər İstanbul, Antalya, Bursa, Yalova, Ankara, Aydın, Trabzon şəhərlərində ev almağa maraq göstəriblər. Türkiyədə əcnəbilərə mənzil satışı artsa da, ölkə daxilində satış bir ildə 1,9 faiz azalaraq 84 556 mənzil təşkil edib.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, Azərbaycan vətəndaşlarının daha çox Türkiyədən mənzil almasının bir neçə səbəbi var: "Birincisi odur ki, Azərbaycanda daşınmaz əmlak kifayət qədər yüksək qiymətə satılır. Ölkəmizdə satılan evin puluna Türkiyənin İstanbul şəhəri olmasa da, Bursa və İzmir kimi şəhərlərindən iki ev almaq mümkündür. Əlbəttə, vətəndaşlarımızın Türkiyəni seçmə səbəblərindən biri də qiymət məsələsidir. İkinci səbəb isə odur ki, manatın devalvasiyalarından sonra Azərbaycan vətəndaşları öz yığdıqları vəsaiti qorumağı düşünürlər. Çünki ölkəmizin bank sistemində müəyyən problemlər yaşanır. Bir neçə bank bağlanır və bəzi banklar depozitləri geri qaytarmaqda çətinlik çəkir. Bu, rəsmi şəkildə də etiraf olunur. Hətta dünən əmanətlərin sığortalanması fondu açıqlama verdi ki, bağlanan bankların əmanətləri qaytarmaq imkanı yoxdur”.
Ekspert diqqətə çatdırıb ki, ölkəmizdə manata olan güvənin zəifləməsi, daşınmaz əmlakın baha olması vətəndaşlarımızın Türkiyə bazarlarını seçməsinə səbəb olub: "Türkiyə bazarı spesifik bazardı və dünyada az saylı bazarlardandır ki, qoyulan əmanətlərin qiyməti hər il aşağısı 4-5 faiz qalxır. Yəni ora qoyulan yatırım dəyər itirmir, qazanır. Buna görə də, Azərbaycan vətəndaşları Türkiyəni seçməsinə maraqlı oldular və yatırımlarını ora etdilər. Bu, gələcəyə qoyulmuş yatırımdır. Bəziləri aldıqları evləri sonradan kirayə verərək bundan qazanc əldə edirlər. Əlbəttə, bu da Türkiyə bazarının canlanmasına səbəb olur. Həmyerlilərimiz bu bazarda çox aktivdirlər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual