Qalib Toğrul: “Qarşılıqlı borcların silinməsi kimi pis təcrübədən müstəqillik dövründə də istifadə olunması “Azərenerji” kimi qurumları arxayın salıb”
“Azərenerji”nin SOCAR-la borc qalmaqalı
19:55 20.10.2016
Arxiv
665
Fikrət Yusifov: “Müəssisə və təşkilatlar arasında müəyyən səviyyədə borcların yaranması normal haldır”
Qalib Toğrul: “Qarşılıqlı borcların silinməsi kimi pis təcrübədən müstəqillik dövründə də istifadə olunması “Azərenerji” kimi qurumları arxayın salıb”
Qalib Toğrul: “Qarşılıqlı borcların silinməsi kimi pis təcrübədən müstəqillik dövründə də istifadə olunması “Azərenerji” kimi qurumları arxayın salıb”
Manatın devalvasiyasına baxmayaraq, xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşmədiyini vurğulayan "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev eyni zamanda "Azərenerji”nin borcları olduğunu dilə gətirib: "Lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq”.
E.Pirverdiyevin açıqlamasından da göründüyü kimi dövlət qurumlarının qarşılıqlı borc problemi aktual olaraq qalır. Halbuki hökumət bu borcları bir neçə dəfə silib. Amma görünən odur ki, üzərindən bir il keçməmiş büdcə təşkilatları yenidən bir-birinə borclanır. Ən maraqlısı isə odur ki, adi vətəndaşlar üzrə borclar yarandığı halda dərhal bəyan edilir və müvafiq qurumlar hərəkətə keçir. Bəs büdcə təşkilatlarının niyə borcu yaranır?
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov müəssisə və təşkilatlar arasında qarşılıqlı borclar probleminin bütün zamanlarda mövcud olduğunu deyib: "Hər dəfə bu məsələ ortaya çıxdıqda, problemin həlli yolunu düzgün müəyyən etmək üçün, ilk olaraq borcun yaranma səbəblərini araşdırmaq lazımdır. Onu da qeyd edək ki, müəssisə və təşkilatlar arasında müəyyən səviyyədə borcların yaranması normal haldır. Borcların vaxtının keçməsi və onların getdikcə artması isə borclu tərəfin fəaliyyətində müəyyən problemlərin yaranmasının əlaməti kimi dəyərləndirilməlidir. "Azərenerji”nin borcları ilə yaranmış vəziyyət bir tərəfdən "Azərişıq” ASC-nin borcları ilə bağlı olsa da, digər bir səbəb "Azərenerji”nin xarici borclarının ödənilməsi ilə bağlı ola bilər. Manatın iki devalvasiyasına qədər təşkilatın götürdüyü xarici borcların qarşılanmasında müəyyən çətinliklərin yaranması mümkündür. Çünki milli valyutanın iki dəfəyə qədər ucuzlaşmasına baxmayaraq, enerjinin satış qiymətlərində ciddi bir artım baş verməyib. Bu səbəbdən də "Azərenerji” ASC daxil olan manatla ilk növbədə xarici borclarını ödəməyə üstünlük verir. Çünki bu borclar vaxtında ödənilmədikdə cərimə sanksiyaları işə düşə bilər. SOCAR-a olan borclar isə daxili borclardır, bu borclarla yaranmış problemin müxtəlif həlli yollarını axtarıb tapmaq mümkündür”.
İqtisadçı-ekspert Qalib Toğrul da dövlət qurumlarının bir-birinə olan borclarının illərdi ki, həlli müşkülə çevrilən problemlərdən olduğunu deyib: "Bu, çox zərərli tendensiyadır və çox təəssüf ki, illərlə davam edib. Bu tip borcların yaranması əksər iri dövlət şirkətləri üçün xarakterikdir. Birmənalı şəkildə deyə bilərəm ki, dövlət şirkətlərinin borclarının yaranması və dotasiyadan asılı düşmələrinin yeganə səbəbi səmərəsiz idarəetmə, ictimai vəsaitlərin xərclənməsində şəffaflıq və hesabatlılığın olmamasıdır. "Azərenerji” həm də dövlət büdcəsinə iri vergi ödəyicisi sayılır. Nə qədər qəribə də olsa, məsələn, 2012-ci ildə büdcəyə 140,4 milyon manat ödəyən "Azərenerji” əvəzində 141,7 milyon manat subsidiya alıb. Belə neqativ faktlar onlarladır, tenderlərin necə təşkili, əslində kağız üzərində keçirilməsi faktları əksər iri dövlət şirkətlərinə xasdır. Sovetin mirası olan qarşılıqlı borcların silinməsi kimi pis təcrübədən müstəqillik dövründə də istifadə olunması "Azərenerji” kimi qurumları arxayın salıb. Mütləq bu kimi qurumların hamısında məcburi şəkildə korporativ idarəetmə tətbiq olunmalıdır. Bütün dünyanın istifadə etdiyi bu idarəetmə standaratları vəziyyətdən yeganə çıxış yoludur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət