“AzTV-də belə nadürüst insanlar var"
10:33 22.03.2014
Arxiv
1029
Əməkdar artist sərt ittiham etdi
Əməkdar artist Baloğlan Əşrəfovu məyus edən hadisə baş verib.
Müğənninin AzTV-nin "Qızıl fond”una təqdim etdiyi 10 səs yazısı itib. Bu barədə AzNews.az-a danışan B.Əşrəfov deyib ki, arxiv üçün yazdırdığı 10 mahnın yoxa çıxmasını yaxın vaxtlarda bilib: "AzTV-nin bədi rəhbəri Etibar Babayevin dəvəti ilə arxiv üçün 10 mahnı lentə aldırdım. Amma bu gün həmin mahnıların nə "ölü”sü var, nə də "diri”si. On mahnı it-bata düşdü”.
Müğənni bu məsələdə E. Babayevi günahlandırıb:"Mahnılarının it-bat olduğuna inanmıram. Bu barədə soruşduğumda Etibar Babayev dedi ki, itirib. Yəni mahnılar bir-birinə qarışıb. Mən isə buna inanmıram, inanmaq da istəmirəm. Təəssüf ki, Etibar Babayevin sayğısızlığı ucbatından mahnılarım belə aqibətlə qarşılaşdı”.
Müğənni problemi AzTV-nin rəhbəri Arif Alışanova deyəcəyini də açıqlayıb: "Təəssüf ki, AzTV-də belə nadürüst insanlar var. Əgər doğrudan da o, mənim səs yazımı itiribsə, niyə ikinci dəfə yazmaq üçün dəvət etmir? Marağı nədir?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət