AzTV sədrinə sui-qəsddə təqsirləndirilənlərə BƏRAƏT TƏLƏBİ
13:02 13.07.2018
Arxiv
360
AzTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəməsi davam edir.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aqşin Hüseynovun vəkili Gülşən Salmanova çıxış edərək, müvəkkilinə azadlıqdan məhrumetməni nəzərdə tutmayan cəza verilməsini tələb edib. O, bildirib ki, cinayətin açılmasında Aqşin Hüseynovun xidmətləri olub: "Saxlandığı gündən bəri istintaqla əməkdaşlıq edib. Himayəsində iki azyaşlı uşağı var. Ailənin yeganə gəlir yetirənidir. Bunları nəzərə alınmasını və onun barəsində bəraət hökmünün çıxarılması xahiş edirik”.
Gülşən Salmanovun çıxışına Şücaət Əkbərovun vəkili İmamqulu Həsənov etiraz edib. Vəkillər arasında mübahisə yaransa da, hakim onları sakitləşdirib.
Aqşin Hüseynovun digər vəkili Nüşabə Ağayeva isə çıxışında müvəkkili barəsində bəraət hökmü çıxarılmasını tələb edib: "Onun mütəşəkkil dəstənin üzvü olması nə istintaq dövründə, nə də məhkəmə dövründə sübuta yetirilməyib. Üzr istəyirəm ifadəmə görə, Aqşin buyruq qulu olub. Kim ona nə deyib, o da edib. O silahın nə üçün lazım olduğundan heç xəbəri olmayıb. Məhkəmədə və istintaqda hüquq mühafizə orqanları ilə əməkdaşlıq edib. Bunların nəzər alınmasını xahiş edirik".
Daha sonra prosesdə Qoçəli Cəbiyevin vəkili çıxış edib. O bildirib ki, müvəkkili tutulan zaman sağlam olmasına baxmayaraq, sonradan əlil olub: "Müvəkkilimə hazırda birinci qrup əlillik verilib. O, həbsdə saxlanıldığı zamandan sağlamlığı itirib. Böyrək çatışmazlığı var. Həmçinin müvəkkilimə istintaq dövründə təzyiqlər olub və ifadəni o vəziyyətdə verib. Məhkəmədə həmin ifadələrdən imtina edib. Ona qarşı ittihamlar məhkəmə dövründə sübuta yetirilmədi. Bunları nəzərə alıb, ona bəraət hökmünün verilməsini tələb edirik".
Şücaət Əkbərovun vəkili İmamqulu Həsənov da çıxış edərək müvəkkili barəsində verilən ittihamların heç birinin məhkəmə dövründə sübuta yetirməyini deyib: "Müvəkkilimin Arif Alışanov və onun ailə üzvləri ilə biznes əlaqələri olub. Onu öldürmək niyyəti olmayıb. İttiham tərəfinin şahidləri hamısı ifadələrini təhrif edərək yalan danışdılar”.
Vəkil sonda müvəkkili barəsində heç bir ittihamın sübuta yetirilmədiyini əsas gətirərək, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Məhkəmə gələn həftə davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region