Azyaşlı qız 9-cu mərtəbədən yıxılıb sağ qaldı - Bakıda - YENİLƏNİB





9-cu mərtəbədən yıxılan 12 yaşlı Lamiyə Namazovanın vəziyyəti ağırdır.
1 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a verilən məlumata görə, iki gün əvvəl xəstəxanaya gətirilən qızın durumu ağır qiymətləndirilir.
***
12:08
Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb.
Lent.az-ın Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.
Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Hadisə vaxtı L.Namazova evdə tək olub.
Faktla bağlı araşdırma aparılır.