Putin Ukraynada seçki günü atəşkəsə hazırdır

Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçki keçiriləcəyi təqdirdə, səsvermə günü ölkəyə zərbələr endirilməməsi barədə göstəriş verməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin 60 gün davam etməsini tələb edir:

"Kiyev bu müddətdən seçki keçirmək üçün deyil, qüvvə toplamaq, yaralarını sağaltmaq və müharibəni davam etdirmək üçün istifadə etmək istəyir".