- Məktəbdə birinci sinifdən sonuncu sinfə qədər eyni geyim olmalıdır. Yəni, şagirdlərin geyimi bir-birlərindən fərqlənməlidir
- Məktəbə hicab ilə gələn şagidlərin valideyinlərinin siyahısı tutulmalıdır. Həmçinin onların İranla olan əlaqələri ciddi araşdırılmalıdır
- Mən açıq deyirəm, məmurların xeyli hissəsi FETÖ-çudur. Bu durumda təbii ki, ara qarışdırmaq imkanları daha geniş olur
Məktəblərdə vahid məktəbli geyim qaydasının tətbiqi ümumi təhsil sistemində intizamın, səliqənin və bərabər təhsil mühitinin formalaşdırılması baxımından mühüm məsələlərdən biridir. Azərbaycan Respublikasında şagirdlərin geyim forması müvafiq normativ sənədlərlə tənzimlənir. Elm və Təhsil Nazirliyinin məlumatlarına əsasən, məktəbli formalarının müəyyənləşdirilməsi prosesində ictimai rəyin öyrənilməsinə də diqqət yetirilib. Vahid geyim qaydaları şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa və məktəb mühitində ümumi standartların qorunmasına xidmət edə bilər. Bununla yanaşı, belə qaydaların hazırlanması və tətbiqi zamanı hüquqi tələblərin, pedaqoji yanaşmaların, valideynlərin fikirlərinin və şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması vacibdir.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov Sherg.az-a bildirib ki, qanunu yazanlar ilk öncə sosioloji araşdırma aparmalı idilər:
“Həmçinin təhsil sahəsində 20-30 il çalışan müəllimlərlə məsləhətləşməlidilər. Bunlar ən azından bilməlidilər ki, bu başörtüsü, çarşaf məsələsi dini məsələ deyil. Bunun arxasında Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var. İranın Azərbaycandakı beşinci kolonu bu sahədə çox gözəl işləyir. Çünki bəzi məmurların savadı, milli düşüncələri yoxdur. Mən açıq deyirəm, məmurların xeyli hissəsi FETÖ-çudur. Bu durumda təbii ki, ara qarışdırmaq imkanları daha geniş olur”.
Sabiq nazir qeyd edib ki, məktəblilər vahid forma geyinməlidirlər:
“Yoxsa, deyək ki, əfqan, yahudi, rus və.s millətlərə mənsub uşaqlar da öz milli geyimində məktəbə getsinlər? Belə olmaz axı. Bir standart geyim olmalı hər kəs də buna riayət etməlidir. Məktəbi bitirdikdən sonra getsin, “donuz dərisindən tikilmiş” paltar geyinsin. Özü bilər. Bir sözlə məktəbdə birinci sinifdən sonuncu sinfə qədər eyni geyim olmalıdır. Yəni, şagirdlərin geyimi bir-birlərindən fərqlənməməlidir. Bu, normal haldır. Azərbaycanda sovet dönəmində və 90-cı illərdən sonrakı dönəmlərdə bu qayda tətbiq olunub. Amma son illərdə Azərbaycanda olan İranın beşinci kolonu istəyini gerçəkləşdirə bilir. Necə gerçəkləşdirir? 6-7 yaşında körpə qız uşaları ilə yox, onların ataları ilə. Ona görə də, məktəbə hicab ilə gələn şagidlərin valideyinlərinin siyahısı tutulmalıdır. Həmçinin onların İranla olan əlaqələri ciddi araşdırılmalıdır. Hansınınsa, İrana cəsusluq etməyi aşkarlanarsa, qanun qarşısında cəzalandırılmalıdır. Bunu görk olaraq bütün millətə göstərməlidirlər. Ondan sonra görüm, biri cəsarət edib bu yolu gedər, ya getməz? Bu, hökumətin zəifliyidir. Hökumətdə olan məmurların savadsızlığıdır. Siyasətini anlamayan insanların siyasətlə məşğul olmasıdır. Bu, 6-7-10 yaşlı uşağın beyininin məhsulu ola bilməz. Bunun arxasında xarici güclər dayanır. O güclər ki, Azərbaycanı içəridən qarışdırmaq istəyir”.