Lavrov: Zelenski atəşkəsə layiq deyil

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsə layiq deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Zelenski döyüş meydanında fasiləyə layiq deyil.

"Düşünmürəm ki, Zelenski atəşkəsə layiqdir", - Rusiya XİN başçısı vurğulayıb.

O, Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədlərinin dəyişmədiyini və Moskvanın onları davam etdirdiyini qeyd edib.