Bacısını öldürdü, canlı yayımladı

“Bilirəm həbsə girəcəyəm, amma umrumda deyil”
"Bacımı öldürdüm, amma umrumda deyil”. Bu sözlər ABŞ-da yaşayan 18 yaşlı gənc qıza aiddir. Obdulia Sanchez adlı gənc qız, bacısını öldürdüyü qorxunc görüntüləri ictimai mediadan canlı yaydı.
Obdulia Sanchez bacısı Jacquelinesi öldürdüyü anları böyük soyuq qanlıqlıqla qarşılayır. Avtomobillə qəzada bacısının ölümünə səbəb olan gənc qız, maşından enib yerdə qanlar içində qalan 14 yaşlı Jacquelinesi tutub dəfələrlə yellədi. ABŞ-ın Kaliforniya ştatında olan Los Banosda yaşanan hadisədən sonra polis spirtli halda avtomobili idarə edən 18 yaşlı Obdulianı həbs edib. (milliyyət. com.tr) Canlı yayımın başında gənc qız avtomobili istifadə edərkən yüksək səslə mahnı oxuyaraq, kameraya doğru normal br şəkildə danışır. Sonra birdən maşın tikanlı məftillərin üstündən keçərək diyirlənir və tarla kimi bir sahədə dayanır. Daha sonra isə avtomobildən kənarda yerdə qanlar içində qalan Jacqueline və başında dayanıb canlı yayıma danışan bacısı Obdulia görünür. "Bacımı öldürdüm, amma umrumda deyil. Bilirəm həbsə girəcəyəm, amma umrumda deyil. Təəssüf edirəm, körpəm”. Obdulia indi Merced Şəhər Həbsxanasında saxlanır. Qəzada maşının içində olan bir başqa sərnişin - 14 yaşlı Fresno Bee ağır yaralı halda xəstəxanada müalicə olunur. Fresno qəzada ölən Jacquelinenin təhlükəsizlik kəməri taxmadığını söyləyib.