Bacısını qəbiristanlığa aparıb öldürmək istədi: "Cəzalanmalıydı"
09:40 30.10.2017
Arxiv
602
Bacısını öldürməyə cəhddə təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.
Elan olunmuş ittiham üzrə O.Hüseynov özünü qismən təqsirli bildiyini deyib.
O, bacısını cəzalandırmaq istədiyini söyləyib: "O, cəzalanmalıydı".
Təqsirləndirilən O.Hüseynov onu da deyib ki, növbəti məhkəmə iclasında daha geniş ifadə verəcək.
Məhkəmənin noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu ərazisində baş verib. O.Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlığa apararaq, onu bıçaqlayıb. O.Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Daha sonra həmin ərazidə olan şəxslər E.Hüseynovanı xəstəxanaya çatdırıb və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
O.Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya