Bahar Muradova avropalı həmkarlarını şübhəli mənbələrdən istifadə etməməyə çağırıb
19:40 10.07.2018
Arxiv
457
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının illik 27-ci sessiyasının plenar iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova isveçli deputat Kristian Holm Barenfeldin Azərbaycanda məlum demokratik quruculuğun müsbət dinamikasını və insan haqlarının möhkəmləndirilməsi prosesini görməyə hazır olmadığı ilə bağlı məyusluğunu ifadə edib. O, isveçli həmkarını şübhəli niyyətlərlə və kimlərinsə vasitəsilə təşkilatın binasına daxil olmuş Azərbaycan xalqının bədxahları tərəfindən iclasların fasiləsində foyedə ona ötürülən məlumatlara deyil, etibarlı və obyektiv mənbələrə istinad etməyə çağırıb.
Milli Məclis sədrinin müavini sessiyanın yüksək səviyyədə təşkilinə görə alman həmkarlarına təşəkkürünü bildirib. O deyib: "Vaxtilə bölünmə rəmzi olan Berlin bu gün birliyi təcəssüm etdirir”.
Bahar Muradova Bundestaqın sədri Volfqanq Şoblenin çıxışında ATƏT-in fəaliyyətinin və beynəlxalq hüququn təməl prinsipləri - bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsinin zəruriliyi ilə bağlı yer almış fikirləri xatırladıb. "Mövcud böhranların həlli 1975-ci il Helsinki Yekun Aktında əks olunmuş prinsiplərə qeyd-şərtsiz əməl olunmasından asılıdır”, - deyən Bahar Muradova hərbi-siyasi bloklara müraciət edərək, onları bloklara qoşulmayan dövlətlərin ərazi bütövlüyünün tanınması üzrə öhdəliyi öz üzərlərinə götürməyə səsləyib.
Milli Məclisin sədr müavini ATƏT məkanında iqtisadi əməkdaşlığa yardım məsələlərini də diqqət mərkəzində saxlamağa çağırıb. "Bunun üçün nəqliyyat dəhlizlərinin inkişafı sahələrində əməkdaşlığı genişləndirmək, ticarəti sadələşdirmək, insan kapitalını inkişaf etdirmək zəruridir. Məsələn, biz bunları İpək Yoluna Dəstək Qrupu kimi birliklər vasitəsilə həyata keçiririk”, - deyən Bahar Muradova dünənki iclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin İpək Yolu ilə bağlı təqdim etdiyi qətnaməyə səs verən hər kəsə təşəkkürünü bildirib. (AZƏRTAC)
ATƏT PA-nın sessiyası iyulun 11-də işini başa vuracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat