“Bakcell”in rouminq xidmətindən istifadə daha da asanlaşdı
20:17 30.11.2018
Arxiv
506
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər "Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər.
Mobil telefonlarında *125#YES kodunu yığmaqla, abunəçilər çox sadə və rahat USSD menyusuna giriş əldə edib, "Bakcell”in təklif etdiyi paketlərin birini seçə və mövcud rouminq paketinin balansını yoxlaya biləcəklər.
Qeyd edək ki, yeni USSD funksionallığı internetdən istifadəni tələb etmir və tam olaraq PULSUZ təqdim edilir.
Bu il Bakcell şirkəti rouminq xidmətlərini daha sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. "Bakcell”in yeni "Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac yoxdur. Bundan əlavə, "Rouminqdə İnternet” paketlərin istifadəçiləri "WhatsApp”dan tam olaraq pulsuz istifadə edirlər (mətn və zənglər üçün). "Bakcell”in yeni gündəlik, həftəlik və aylıq "Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir.
Həmçinin xatırladaq ki, Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – "Mənim Bakcellim” applikasiyasını təqdim edib. "Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı, Bakcell şirkətinin təklif etdiyi bütün rouminq təklifləri barədə məlumat almaq, sərfəli paketlərindən birini seçmək və hətta istifadə olunan rouminq paketin balansını yoxlamaq imkanına malikdirlər.
Yeni rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya