Bakı-2015: Hacı Əliyev bürünc medal qazanıb






Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Hacı Əliyev bürünc medal qazanıb.
Apasport.az saytının məlumatına görə, Recep Aktaş Minurla (Türkiyə) qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans verməyib (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirib.
Qeyd edək ki, Avropa və dünya çempionumuz olan H. Əliyev 1/8 finalda Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib. Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib.
H. Əliyev 1/4 finalda Mikola Bolotnyukla (Slovakiya) güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə (Rusiya) üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2.