Bakı elə də ucuz şəhər deyil
20:54 22.06.2016
Arxiv
625
Ramil Osmanlı: “Bir çox hallarda beynəlxalq göstəricilərlə yerli hesabatlar üst-üstə düşmür”
ABŞ-ın "Mercer” konsaltinq şirkəti ənənəvi olaraq dünyanın ən bahalı şəhərlərinin renkinqini tərtib edib. 22-ci dəfə tərtib olunan renkinqdə 209 iri şəhərin adı var. Renkinqin tərtib olunmasında əsas meyar kimi iri şəhərlərdə əcnəbilərin yaşayış xərcləri götürülüb. Beləliklə, siyahı xarici ölkələrə işləməyə gələnlər üçün daha aktualdır.
Renkinqə Honkonq liderlik edir. İkinci yerdə Anqolanın paytaxtı Luanda qərarlaşıb. Sürix və Sinqapur 3-cü və 4-cü yerləri bölüşdüyü halda, Tokio 11-ci pillədən 5-ə yüksəlib.
İlk onluğa Kinşasa (Konqo Demokratik Respublikasının paytaxtı), Şanxay, Cenevrə, Ncamena (Çadın paytaxtı) və Pekin daxil olub.
Bakı isə 172-ci yerdədir. Renkinqin müəllifləri bildirir ki, 2015-ci illə müqayisədə bu il Azərbaycanın paytaxtı 100 pillədən çox geriləyib. Belə çıxır ki, paytaxtımızda mənzillərin kirayə qiyməti həddən artıq enib.
Ən ucuz ölkələrin siyahısına gəlincə, sonuncu yerlərdə Bişkek (207), Keyptaun (208) və Vindhuk (209) qərarlaşıblar.
ABŞ-ın "Mercer” konsaltinq şirkətinin renkinqini dəyərləndirən "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı da Bakının ucuz şəhərlər arasında olmadığını düşünür: "Onların Azərbaycanda hansı şirkətlə əməkdaşlıq elədiklərini, bu nəticələri haradan əldə etdiklərini deyə bilmərəm. Konkret meyarları barəsində də xəbərsizəm. Amma onu deyə bilərəm ki, ötənilki qiymətlərlə müqayisədə mənzillərin kirayə qiymətlərində müəyyən azalmaların olduğu müşahidə edilir. Lakin bu ucuzlaşmanı bütün istehlak bazarlarına aid etmək olmaz”.
R.Osmanlının sözlərinə görə, beynəlxalq təşkilatlar, şirkətlər bu cür hesabatlar hazırlayan zaman rəsmi statistikaya və nəzəri rəqəmlərə istinad edirlər. Ona görə də, bir çox hallarda beynəlxalq göstəricilərlə yerli hesabatlar üst-üstə düşmür.
Bakının dünyanın varlı və ya ucuz şəhərləri siyahısında yer almasına gəldikdə isə ekspert Bakının daşınmaz əmlakın baha olduğu şəhərlər sırasında olduğunu deyib: "Ən azı MDB ölkələri arasında paytaxtımız ilk beşlikdədir. Avropanın, xüsusilə, Şərqi Avropanın paytaxt şəhərləri ilə müqayisədə Bakıda daşınmaz əmlak qiymətləri daha yüksəkdir. Digər istehlak sahələrinin qiyməti ilə bağlı bazarda durumun necə olduğunu isə dəqiq deyə bilmərəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol
Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb
11:52 31.10.2026
Hadisə
Rusiyanın iri neft emalı zavoduna PUA hücumu olub, yanğın baş verib
11:40 31.10.2026
Dünya