Bakı, kəşf olunmalı şəhər: Fransalı jurnalistlər şəhərin tarixi məkanlarından yazır





Fransanın www.francsjeux.com idman saytında Birinci Avropa Oyunlarına dair "Bakı, kəşf olunmalı şəhər” başlıqlı məqalə dərc olunub. Yazıda qeyd olunur ki, bu tədbir, idman yarışı olmağı ilə yanaşı, həm də qitə üçün tarixi əhəmiyyətə malikdir:

"Azərbaycan bütün qonaqlara təklif edir ki, Oyunlar ərəfəsində bu ölkəni gəzib, dolaşsınlar. Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olsunlar. Biz də "FrancsJeux” olaraq planlaşdırırıq ki, paytaxt Bakının ən maraqlı məkanlarına baş çəkək. Öncə, YUNESCO-nun siyahısına düşmüş və öz qədimliyi ilə seçilən İçərişəhəri ziyarət etməyi düşünürük. Deyilənlərə görə, orada çoxsaylı tarixi qədim memarlıq abidələri mövcuddur. Bundan sonra, XII əsrdə inşa olunmuş, Azərbaycanın tarixi simvolları kimi tanınan Qız qalası və Şirvanşahlar sarayına yollanacağıq. Hətta Xalça muzeyinə də gedəcəyik. Əldə etdiyimiz məlumata əsasən həmin muzeydə çox qədim xalçalara rast gəlmək mümkündür”.

Eyni zamanda yazıda vurğulanır ki, qonaqlar Heydər Əliyev Mərkəzində də olacaqlar: "Eşitmişik ki, çox möhtəşəm saraydır. 2012-ci ildə fəaliyyətə başlayıb. Müstəqil Azərbaycanın sabiq dövlət başçısı H.Əliyevin adını daşıyır. Bu muzeydə də çox maraqlı, real tarixi əks etdirən eksponatların olduğu söylənilir. Daha sonra Alov qülləsini də ziyarət edəcəyik. Deyilənə görə, bu qüllələr gecələr daha çox maraqlı olur. Göz oxşayır”.

Məqalədə o da diqqətə çatdırılır ki, saytın əməkdaşları Azərbaycanın Milli Bayraq Meydanını da gəzəcəklər: "Bura da Bakının ən görməli guşələrindən biridir. Orada çox böyük ölçüdə və hündürlükdə Azərbaycanın üçrəngli bayrağı quraşdırılıb. Həmin bayraq Xəzər dənizinə baxıb dalğalanır”.

Ayyət Əhməd