Bakı-Sumqayıt elektrik qatarları bir gün işləməyəcək





Yanvarın 27-də Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Məlumata görə, bu, Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.