“Bakı-Tbilisi-Qarsda tariflər yüksək olmamalıdır, əlçatanlıq qorumalıdır"
15:41 03.11.2017
Arxiv
1111
Vüqar Bayramov:"Bununla BTQ-dan daha çox sərnişin istifadə edər və bu layihə turizmin inkişafına tövhə verər"
"Bakı-Tbilisi-Qars (BTQ) Turizmin inkişafı baxımından əhəmiyyətli olacaq”.
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, turistlər bu dəmir yolundan istifadə etməklə daha ucuz qiymətə səyahət imkanı əldə edəcəklər:
"Nəzərə alsaq ki, BTQ həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan ərazisindən keçəcək, bu, üç ölkə arasında sərnişinlərin rahat səyahətinə imkan verir.
Avropalılar dəmir yolundan istifadə etməklə rahat şəkildə Azərbaycana gələ biləcək. Bunun bir özəlliyi var ki, dəmir yolu xəttinin fəaliyyəti ilə nəqliyyat turizmi də inkişaf edəcək.
Dəmir yolu tariflərinin hansı şəkildə olacağı isə xərclər müəyyənləşdikdən sonra məlum olacaq. Istənilən halda tariflər yüksək olmamalıdır və hər kəs üçün əlçatanlığını qorumalıdır. Mövcud qiymətlər bütün istifadəçilərin istifadəsinə imkan verməlidir.
Bununla BTQ-dan daha çox sərnişin istifadə edər və bu layihə turizmin inkişafına tövhə verər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual