Bakıda 11 marşrutun son dayanacağı dəyişdirilir - Sərnişinlərin NƏZƏRİNƏ
10:37 14.03.2018
Arxiv
1194
Martın 17-də "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən "Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun "Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, metronun "Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda, taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.
Qeyd edək ki, hazırda Bakıda "Koroğlu”, "28 May” və "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə Mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur