Bakıda 3 avtomobil toqquşdu - Xəsarət alanlar var





Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var.

Sherg.az report.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Lexus" markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən "Volkswagen" markalı avtomobilə çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən "Hyundai" markalı avtomobilə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Hüseynov Turab Mehdi oğlu döyülüb.

Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

------------

15:58

Bakının mərkəzində zəncirvari qəza baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, "Lexus" markalı avtomobil idarəetməni itirərək başqa bir avtomobilə çırpılıb. Qəza zamanı zərbənin təsirindən 2 başqa avtomobil də qəzaya düşüb.
İlkin məlumata görə, "Lexus" sürücüsünün çırpıldığı avtomobilin xanım sürücüsü ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə zamanı ölən və yaralananın olduğu deyilir.